Rəsul Quliyev Putin haqqında: "Bu adam qonşuları üçün çox böyük təhlükə yaradacaq"

GÜNDƏM 27 mar 2022, 19:16
"Planetimizdə 2-3 yaramaz diktator var və onların içərisində ən təhlükəlisi bizim payımıza düşüb. Çünkü o, bizim qonşumuzdur. Çünki onun çox böyük ərazisi, əhalisi və nüvə silahı var…"

Demokrat.az xəbər verir ki, bu fikrləri Milli Məclisin sabiq sədri, hazırda ABŞ-da yaşayan Rəsul Quliyev "Facebook" səhifəsində yazıb.

"1947-ci ildən camaatını ac-yalavac saxlayaraq pullarını nüvə potensialını artırmağa xərcləyən bu əcaib ölkənin başında əcaib paranoyak, təkəbbürlü KGB podpolkovniki dayanıb və hamını hədələyir. Bu adamın siyasətini dəstəkləyən yer kürəsində kiçik ölkə belə yoxdur. Ən yaxın silahdaşı hesab etdiyi Belarusiya diktatoru Lukaşenko fürsət tapsa, bıçağı kürəyindən sancar. Çin bu adamın dəli olduğunu anlayır və ondan əsl rəqibləri olan Avropa və ABŞ-a qarşı müqəvva kimi istifadə etməyə üstünlük verir. Bu gedişlə bu təhlükəli şəxs Çinin Sibiri ələ keçirmək strateji planının həyata keçirilməsini tezləşdirə bilər. Bu adam qonşuları üçün çox böyük təhlükə yarada biləcək, şəhərlərini viran edə biləcək birisidir. Hansı isə ağıldan kəmlərin Azərbaycanın yürütdüyü xarici siyasəti tənqid etməsi qeyri-ciddidir. Rusiyanın əlində kozır olan kinjal raketləri Xəzər dənizindədir.
Heç şübhəsiz ki, əgər Qarabağ torpaqları ilə əlaqədar müvəffəq olmaq istəyiriksə gözləməyi bacarmalı və Rusiya ilə diplomatik qayda da dil tapmağa cəhd etməliyik. Hesab edirəm ki, 22 fevral 2022-ci il tarixində Azərbaycanın Rusiya ilə müttəfiqlik haqqında bəyannamə imzalaması da bu qəbildən baş tutmuş diplomatik gedişlərdən biri idi…"- o,səhifəsində qeyd edib.

Arzu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top