Roskomnadzorun Oxu.Az-a tuşlanmış qanunsuzluğu: Sayt Rusiyada bloklandı

MEDİA 27 mar 2022, 14:34
Oxu.Az saytına Rusiya ərazisində blok qoyulub.

Demokrat.az xəbər verir ki, bu qərar Roskomnadzor (Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti) tərəfindən verilib.

Saytın redaksiyasına heç bir məlumat, xəbərdarlıq edilmədən atılan bu addım birbaşa söz azadlığına, demokratiyaya, plüralizmə zidd hesab olunur.

Qeyd edək ki, Azərbaycanın ən oxunaqlı xəbər saytlarından olan Oxu.Az heç bir zaman yalan, dəqiqləşdirilməmiş, həqiqətə uyğun olmayan məlumatlar yaymayıb. Bu baxımdan Roskomnadzorun belə addım atması olduqca qərəzli və qanunsuzdur.

Xatırladaq ki, Oxu.az iki dildə - Azərbaycan və rus dillərində fəaliyyət göstərir. Bu baxımdan verilmiş qərarı həm də Oxu.Az-ın Rusiyadakı oxucularına qarşı hörmətsizlik hesab etmək olar. Oxu.az saytı həm Roskomnadzoru, həm də Azərbaycanın Rusiyadakı Səfirliyini məsələyə yenidən nəzər salmalarını, baş vermiş bu qərəzli hadisənin təkrar qiymətləndirilməsi istəyir. Ən azından yaranmış vəziyyətlə bağlı Oxu.Az-a rəsmi məlumat verilməsi tələb edilir: "İnanırıq ki, bu qanunsuz qərar ciddi müdaxilə, məsuliyyətli yanaşma nəticəsində ləğv olunacaq".

Rza
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top