AZAL-dan Bakı - İstanbul reysi ilə bağlı XƏBƏRDARLIQ

GÜNDƏM 12 mart 2022, 18:20

Türkiyədə əlverişsiz hava şəraiti ilə əlaqədar AZAL-ın bu gün, martın 12 üçün nəzərdə tutulmuş Bakı-İstanbul (J2-077/J2-078) reysi ləğv edilib.

Demokrat.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC məlumat yayıb.

Ləğv edilmiş reysin sərnişinləri sabah (13 mart) J2-075/J2-076 reysi ilə İstanbula yola düşəcəklər.

Uçuşun yerinə yetirilməsi üçün geniş gövdəli uzun məsafəli "Airbus 340" təyyarəsindən istifadə ediləcək.

Arzu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top