Deputat: “Zərurət yaranacağı halda döyüşməyə hazırıq”

GÜNDƏM 01 mart 2022, 13:16
“Ukraynada vəziyyət gərgindir və müdafiə məqsədilə bütün vətəndaşlara silah paylanılıb. Vəzifəli şəxslər, o cümlədən millət vəkilləri də Vətənin müdafiəsində yaxından iştirak edirlər. 44 günlük Vətən müharibəsində də bizim qəhrəman əsgər və zabitlərimiz döyüşdülər, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək zəfər çaldılar. Məndə olan məlumata görə, Vətən müharibəsi ərəfəsində, təxminən 10 millət vəkili ordu sıralarına könüllü yazılmışdı. Yəni, zərurət yaranacağı təqdirdə deputatlar da döyüşməyə hazır idi. Həmin məlumatlar aidiyyəti qurumlarda qorunub saxlanılır”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Deputat qeyd edib ki, Vətən uğrunda şəhid olmaqdan şərəfli heç nə yoxdur: “Təəssüf ki, 44 günlük Vətən müharibəsində bu zirvəni fəth etmək bizə nəsib olmadı. Əsas odur ki, torpaqlarımız işğaldan azad edildi. Düşünürəm ki, zərurət yaranacağı halda vəzifəsindən, kimliyindən asılı olmayaraq hər bir azərbaycanlı döyüşməyə, vuruşmağa, Prezidentin əsgəri olaraq əmrləri, tapşırıqları yerinə yetirməyə hazırdır. Əminliklə deyə bilərəm ki, Prezindet İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici və daxili siyasət nəticəsində çox az itkilərlə torpaqlarımızı geri ala bildik. Bu gün də post-münaqişə dönəmində həyata kçeirilmiş tədbirlər onu deməyə imkan verir ki, biz şanslı xalqıq, çünki Prezindet İlham Əliyev kimi liderimiz var. Şükürlər olsun ki, ötən müddət ərzində ordumuzu gücləndirə və qura bilmişik. Ümumiyyətlə, Azərbaycan  bütün sahələrdə nümunədir. Hər an 44 günlük Vətən müharibəsində olduğu kimi güclü olmalıyıq. Güclü olacağımız təqdirdə isə, əlbəttə ki, regionun diktəedən və aparıcı dövlətlərindən biri olaraq qalacağıq”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 yanvar 2025, 08:46
22 yanvar 2025, 08:23
Top