Salyanda keçirilən yarışda qalib gələn komandalar mükafatlandırıldı — FOTOLAR

SOSİAL 27 yan 2022, 16:00
Bu gün Salyan rayon Gənclər və İdman İdarəsi və Salyan rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Salyan şəhər 2 saylı tam orta məktəbin akt zalında karantin rejimi qaydalarına riayət edilməklə 2 fevral –Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibəti ilə baş tutan "Gənclər Həftəsi" çərçivəsində "Xəmsə" Milli İntellektual oyunu üzrə rayon birinciliyi keçirilib. 

Demokrat.az xəbər verir ki, ilk öncə tədbir iştirakçıları “Şəhidlər” abidə kompleksini ziyarət edib, torpaqlarımızı düşmən tapdağından azad edərkən canını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini yad edib və abidənin önünə gül dəstələri qoyublar. Sonra şəhər  2 saylı tam orta məktəbin akt zalında Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət  Himni səsləndirilib.

Tədbirdə çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz  Hüseynov iştirakçıları salamlayaraq bildirib ki, tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəsillə bağlayır. Bu baxımdan sağlam düşüncəli və savadlı nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Çünki ölkənin gələcək müqəddəratı indiki gənclərdən asılı olacaqdır. 44 günlük Vətən müharibəsi Azərbaycan gənclərində torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu ortaya qoydu. Gənclərimiz  Vətən müharibəsində böyük şücaət göstərərək adlarını tarixə yazdılar. 

Daha sonra isə  komandalara uğurlar arzuladı.

Püşkatmadan sonra iştirakçılara "Xəmsə" Milli İntellektual oyununun qaydaları izah edildi və birinciliyə start verildi. Maraqlı mübarizə şəraitində keçən birinciliyin yekun nəticəsində III yeri şəhər  2 saylı tam orta məktəbin  “Xəzər” komandası, II yeri şəhər 6 saylı tam orta məktəbin  “Uğur” komandası, I yeri isə şəhər 9 saylı tam orta məktəbin  “Tufan” komandası qazandı. 

III və II yeri qazanan komandalar  Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi  Araz  Hüseynov  tərəfindən Salyan rayon Gənclər və İdman İdarəsinin diplomları, I yeri qazanan komanda isə Salyan rayon Gənclər və İdman İdarəsinin diplom və kuboku ilə təltif olundular.

Bir 9 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 3 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 10 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 6 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 6 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 5 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 9 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 10 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 12 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 12 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 2 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 1 nəfər şəkili ola bilərBir 7 nəfər, ayaqüstə duran insanlar, oturan insanlar və içəridə şəkili ola bilərBir 7 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər
Bir 4 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 4 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 4 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 4 nəfər şəkili ola bilərBir 5 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 4 nəfər və içəridə şəkili ola bilərBir 5 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 5 nəfər və içəridə şəkili ola bilərBir 4 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Demokrat.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top