İsrail səfiri: “Azərbaycan hökumətinin ölkəmizdə səfirlik açmaq qərarını səbirsizliklə gözləyirik”

XARİCİ SİYASƏT 27 yan 2022, 11:06
İkinci Vətən müharibəsində Türkiyədən sonra Azərbaycana hərbi-siyasi dəstəyi olan İsraillə münasibətlərimiz sıx olsa da nədənsə rəsmi Bakı bu ölkədə səfirlik açmağa tələsmir.

Baxmayaraq ki, İsrailin Azərbaycanda səfirliyi uzun illərdir fəaliyyətdədir.

İsrailin Bakıdakı səfiri Corc Dik Gununsesi.info-ya eksklüziv açıqlamasında bu barədə danışıb.

Azərbaycan və İsrailin çox yaxın strateji əlaqələri olduğunu xatırladan səfir, rəsmi Bakının İsraildə səfirlik açmaq barədə qərar  qəbul edəcəyinə ümid etdiyini deyib:

”Biz bunu çox gözləyirik. Keçən iyul ayında İsraildə ticarət və turizm ofisinin açılmasına görə Azərbaycanı da təbrik etmək istəyirəm. Bu həm ölkələrimiz arasında ikitərəfli münasibətlərin, xüsusən də ticarət və turizm sahələrində əlaqələrin genişləndirilməsi baxımından, həm də Israildə Azərbaycanın daimi səfirliyinin yaradılması istiqamətində irəliyə doğru atılmış mühüm addımdır. Azərbaycan hökumətinin bu addımı atmaq qərarını biz həqiqətən də səbirsizliklə gözləyirik”.

Demokrat.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top