Bərdədə kişini keçmiş arvadının qohumları döydü, uşaqları maşının altında... — Şok təfərrüat

KRİMİNAL 26 yan 2022, 11:32
Bərdə rayonunda 1959-cu il təvəllüdlü Sərkər şəxsi münasibətlər zəminində qızının keçmiş əri Mahirə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Sərkər 2 oktyabr 2020-ci ildə, saat 20.30-da Bərdə şəhəri, Ə.Ədilov küçəsində aralarında şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı əl və ayaq zərbələri ilə bir neçə dəfə keçmiş yeznəsi Mahirin bədəninin müxtəlif nahiyyələrinə vurub. 

İstintaq orqanı tərəfindən Sərkərin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sərkər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Mahir qızı Məleykənin keçmiş həyat yoldaşıdır: “Melykə ilə Mahir 2009-cu ildə rəsmi nikaha girməklə ailə həyatı qurublar. Meleykə ilə Mahirin nikahlarından 2010-cu il təvəllüdlü Murad, 2011-ci il təvəllüdlü Fuad adlı övladları olub. Məleykə ilə Mahir 2019-cu ildə rəsmi olaraq ayrılıblar. Nəvəm Murad bizim, Fuad isə Mahirin yanında yaşayıb. Mütəmadi olaraq nəvələrim Murad və Fuad iştirakımız ilə Tərtər rayonunda yaşadığımız ünvanda görüşüblər”. 

Təqsirləndirilən şəxsin sözlərinə görə, sentyabrın 27-də Azərbaycan və Ermənistan Respublikaları arasında baş vermiş müharibə səbəbi ilə yaşadıqları ünvandan müvvəqəti olaraq Bərdə rayonunda yaşayıblar: “Oktyabrın 2-də, təxminən saat 20.30-da qohumum Arifin evində olarkən, evin qapısı döyüldü. Nəvəmlə keçmiş yeznəm Mahirin gəldiyini gördüm. Mahir sərxoş olduğundan Arif içəri girməməsini bildirdi. Mahir Arifin  ünvanına nalayiq sözlər işlətməyə başladı. Küçəyə çıxaraq Mahirə söyüş söydüyünə görə iradımı bildirdim”. 

Sərkərin ifadəsinə görə, bu vaxt Mahir onun da ünvanına nalayiq sözlər işlədib: “Mahirin hərəkətlərindən əsəbləşdim, getməsini bildirdim. Lakin Mahir öz hərəkətlərini davam etdirdi. Mahiri vurmamışam, ona heç bir xəsarət yetirməmişəm.Mahirin burnu əvvəldən qırıq olub”. 

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Mahir deyib ki, 2019-cu ildə ailə münasibətlərində ziddiyyət yarandığından Bərdə rayon Məhkəməsində rəsmi qaydada boşanıb: “Bundan sonra məhkəmə uşaqlar azyaşlı olduğundan Fuadı mənim, Mahiri isə anasının himayəsində saxılanılıb. Fuad və Mahir qardaşları bir çox hallarda Məleykə Tərtər rayonunda yaşadığından onlarda gedərək görüşüblər. Məlum Qarabağ hadisələri ilə ələqədar Məleykəgil Bərdə şəhərində Z.Əliyeva adına orta məktəbin arxa tərəfində yerləşən xalasıgilə, Arifgilə gəldiyindən uşaqlar həmin evdə görüşməyə başladı”. 

Zərərçəkmiş qeyd edib ki, oktyabrın 2-də, təxminən saat 19 radələrində Məleykənin yanında yaşayan oğlu Muradı qardaşı Fuadda anasının telefonu ilə zəng vurub, darıxmasını, qardaşı ilə görüşmək istəməsini bildirib: “Əvvəllər bir neçə dəfə uşaqlar görüşərkən Məleykənin xalasının həyat yoldaşı Arif uşaqları həyət darvazası qarşısında görüşdürüb. Oktyabrın 2-də, təxminən saat 20.30-da oğlum Fuad və ikinci həyat yoldaşımdan olan oğlum Mərdanla özümə məxsus Niva markalı avtomobilim ilə Məleykənin yaşadığı ünvana gəldim. Avtomobili Arifin həyət darvazasından 5 metr aralıda yolda saxladım. Arif həmişə mənə maşını həyət darvazasından kənarda saxlamasını və uşaqların bu əsasda görüşməsini bildirib. Maşınını həmin gün həyət darvazasından 5 metr aralıda saxladım və maşından düşdük, artıq qaranlıq olduğundan maşının yanında dayandım. Uşaqlarım Fuad və Mərdan Arifin darvazasına çatanda sonuncu darvazadan çölə çıxdı. Uşaqlarda darvazanın qapışı qarşısında dayandı. Arif həyət darvazasından çölə çıxan kimi ardınca 7-8 nəfər həyət darvazasından çölə çıxdı. Elə bu vaxt Məleykənin qardaşı Rəsul əlində dəmir parçası üstümə gəldi. Arxasınca atası Sərkər əlində xüsusi hazırlanmış “bedbul”, yəni adam döymək üçün ağacdan və ya dəmirdən hazırlanan belə bir alətlə üstümə gəldi. Rəsul çatan kimi heç bir söz demədən yumruqla sağ və sol gözaltı nahiyəmdən bir dəfə vurdu. Rəsul sonra arxadan məni tutdu, Sərkər əlindəki bedbulla burun, yəni sifət nahiyəmə zərbə endirdi. Bu vaxt burnumdan qan axmağa başladı. Başıma vurduğuna görə huşumu itirdim, yerə yıxıldım. Təxminən 5-6 dəqiqə qalandan sonra özümə gəldim. Ayağa qalxdım, uşaqlarımı axtardım. Heç kimin, eləcə də uşaqlarım Fuad və Mərdanın da olmadığını gördüm. Uşaqlarımı qışqıraraq səslədim. Bu vaxt aralıda küçədə dayanmış bir sərnişin maşınının alt tərəfindən uşaqlarımın səsimə səs vermələrini eşitdim. Onlara tərəf gedəndə onların maşının altında gizləndiklərini gördüm”. 

Zərərçəkmiş deyib ki, məhkəmə Fuadı ı da anasına verib, lakin Fuad anası ilə qalmaqdan imtina edib: “Keçmiş qohumları bu tərzdə hərəkət edərək Fuadı da  ələ keçirib, özləri ilə aparmaq istəyiblər. Elə ona görə də belə bir hadisə baş verdi. Uşaqlarımı qeyd etdiyim yerdən götürdüm, birbaşa Bərdə rayon Mərkəzi Xəstəxanasına getdim. Orada mənə ilkin tibbi yardım göstərild. Bir gün sonra yenə xəstəxanaya getdim, məni əməliyyat otağına aparıb, burun və çənə nahiyəmin qırıqlarını müalicə etməyə başladılar”. 

Bərdə rayon Məhkəməsinin hökmü ilə Sərkərin aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 2 il müddətə islah işləri cəzasına məhkum olunub, həmçinin 1350 manat cərimə edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top