Goranboyda qadın dərmandan zəhərlənib

HADİSƏ 25 yan 2022, 22:51
Goranboyda qadın normadan artıq içdiyi dərmandan zəhərlənib.

“Report” xəbər verir ki, hadisə rayonun Safıkürd kəndində qeydə alınıb.

Goranboy rayon sakini, 1983-cü il təvəllüdlü S.Əhmədova müalicə üçün nəzərdə tutulan dərmanı bilmədən normadan artıq qəbul etdiyi üçün zəhərlənib. 

O, yaxınları tərəfindən xəstəxanaya aparılıb. Həkimlər tərəfindən tibbi yardım göstərilən qadının vəziyyəti normal qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top