“Kimsə Ankaranı Kiyevə dronların satılmasına görə ittiham edə bilməz” — Akar

REGİON 22 yan 2022, 22:30

Türkiyəni Ukraynaya zərbə PUA-larının təchizatına görə ittiham etmək doğru deyil. Bu təchizat NATO ilə tərəfdaşlıq planına uyğundur.

Bunu Milli Müdafiə naziri Hulusi Akar deyib.

Akar bildirib ki, Türkiyə həm Rusiya, həm Ukrayna, həm də NATO-nun tərəfdaşları ilə müxtəlif sahələrdə, o cümlədən müdafiə sənayesində aktiv əməkdaşlıq edir:

"Bu əməkdaşlığın bir nümunəsi də Ukraynaya zərbə PUA-larının çatdırılmasıdır. Dronların alınması barədə qərarı Kiyev verdiyi üçün Ankaranı bu işdə ittiham etmək doğru deyil. Ukrayna NATO-nun xüsusi statuslu tərəfdaşıdır və onun müdafiə potensialının gücləndirilməsi Ukrayna – NATO fərdi əməkdaşlıq planının tərkib hissəsidir”./yenisabah.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 may 2022, 18:34
26 may 2022, 18:14
Top