Ermənistanda bir gündə minə yaxın yoluxma qeydə alındı

REGİON 22 yan 2022, 13:03
Ermənistanda son sutkada daha 940 nəfərdə "COVID-19" aşkarlanıb.

Demokrat.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 350 897-yə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 8 026 nəfərdir.

"COVID-19" diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 520 nəfərdir. İndiyədək 334 109 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 7 242 aktiv koronavirus xəstəsi var.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top