Vətən müharibəsi iştirakçısı qəzada həyatını itirdi — FOTO

HADİSƏ 20 yan 2022, 09:35
Qəbələdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki yolunun rayonun Mirzəbəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü Eldəniz İsmayılov idarə etdiyi “Toyota” markalı avtomobillə hərəkətdə olarkən yol kənarında dayanan 2000-ci il təvəllüdlü Adıgözəlov İsmayıl Ramiz oğlunu vurub. Qəbələnin Kiçik Pirəlli kəndindən olan A.İsmayıl xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, İsmayıl Adıgözəlov Vətən müharibəsi iştirakçısı olub. 

Faktla bağlı araşdırma aparılır.(qafqazinfo.az)

Vətən müharibəsi iştirakçısını maşın vurub öldürdü

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top