Mikayıl Cabbarov: “20 Yanvar xalqımızın mübarizə tarixinin qəhrəmanlıq səhifəsidir”

DAXİLİ SİYASƏT 20 yan 2022, 09:22
"20 Yanvar xalqımızın azadlıq və dövlətimizin ərazi bütövlüyü uğrunda mübarizə tarixinin qəhrəmanlıq səhifəsidir".

Demokrat.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tviterdəki hesabında yazıb.

"Şəhidlərimizi ehtiramla yad edirik", - deyə nazir əlavə edib.

Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrinin ildönümüdür. Qanlı Yanvar hadisələrindən 32 il ötür.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top