19 yaşlı gənc bıçaqlandı

HADİSƏ 19 yan 2022, 23:45

Masallının 19 yaşlı sakini döş qəfəsindən bıçaqlanıb.

“Report” xəbər verir ki, hadisə Ərkivan qəsəbəsində baş verib.

Belə ki, 1993-cü il təvəllüdlü qəsəbə sakini Ülvi Namik oğlu Baxşiyev ərazidəki kafelərdən birində həmyerlisi və həmyaşıdı olan Elçin Əlövsət oğlu Cəbrayılov tərəfindən ürək nahiyəsindən iki bıçaq xəsarəti alıb.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat olunub. Reanimasiya şöbəsinə yerləşdirilən Ü.Baxşiyevin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top