“Qarabağa avtobusla yalnız Azərbaycan vətəndaşları səfər edə bilər”

GÜNDƏM 18 yan 2022, 21:04

“İşğaldan azad olunan ərazilərə bilet alan şəxs artıq icazə almış şəxs hesab olunur. Həmin şəxs gedib qayıdırsa, icazə öz əhəmiyyətini itirir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Eldəniz Məmmədov işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı bu gün keçirilən brifinqdə deyib.O qeyd edib ki, şəhid ailələri, Milli Qəhrəmanlara biletlər pulsuz olacaq:

“Digər vərtəndaşlar isə elektron sistemin imkanlarından istifadə edərək sistemə daxil olub bilet ala bilərlər. Həmçinin 60 yaşdan yuxarı olan şəxslərə üstünlük veriləcək. Ümumiyyətlə, heç kimə qadağa yoxdur, hər kəs istifadə edə bilər”.

Brifinqdə, həmçinin bildirilib ki, azad olunan ərazilərə gediş hələ ki, yalnız Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top