“Brent” markalı neftin qiyməti son 7 ildə ilk dəfə 87 dolları ötdü

SƏNAYE VƏ ENERGETİKA 18 yan 2022, 09:35
Dünya bazarında neftin qiyməti bahalaşmaqda davam edir.

Demokrat.az xəbər verir ki, “Brent” markalı neftin qiyməti 2014-cü ilin oktyabr ayından sonra ilk dəfə olaraq bir barel üçün 87 ABŞ dollarını ötüb.

Mart fyuçerslərinin qiyməti 0,84 % artaraq bir barel üçün 87,31 ABŞ dolları təşkil edib.

WTI neftinin də fyuçersləri 1,3% artaraq 84,38 ABŞ dolları olub.(report.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top