“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarıla bilər

DAXİLİ SİYASƏT 17 yan 2022, 15:00
""Siyasi partiyalar haqqında" yeni qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarıla bilər".

Bunu "Report"a açıqlamasında Milli Məclis sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli deyib.

Onun sözlərinə görə, layihənin rəhbərlik etdiyi komitənin yaz sessiyasının işlər planına daxil edilməməsinə baxmayaraq, sessiya müddətində tam hazırlanıb müzakirəyə çıxarılacağı istisna olunmur: "Komitənin işlər planına salınmaması o demək deyil ki, qanun layihəsi parlamentdə müzakirə edilə bilməz. Əgər ehtiyac olarsa, qanun layihəsi işlər planına daxil edilə və parlamentin müzakirəsinə çıxarıla bilər".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top