Ermənistan parlamenti Azərbaycanla bağlı layihəni müzakirədən imtina etdi

REGİON 17 yan 2022, 14:08
Ermənistan parlamenti müxalifətin Azərbaycan sərhədi ilə bağlı məsələlər barədə bəyanat layihəsini müzakirə etməkdən imtina edib.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, “Ermənistan” fraksiyası tərəfindən irəli sürülən layihə plenar iclasın gündəliyinə əlavə olunmayıb.

Ölkənin hakim “Vətəndaş müqaviləsi” fraksiyası sözügedən bəyanatın iclasın gündəliyinə daxil olunmasının əleyhinə səs verib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top