Ukrayna baş nazirinin müavini: “Azərbaycanın azad olunan ərazilərinin bərpasında iştiraka hazırıq”

QARABAĞ 17 yan 2022, 12:50
“Ukraynanın tikinti və digər şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulmasında iştirak etməyə hazırdır”.

Demokrat.az xəbər verir ki, bunu Ukrayna Baş nazirinin müavini, Azərbaycanla Hökumətlərarası Komissiyanın həmsədri İrina Vereşçuk deyib.

“Ukrayna ilə Azərbaycan arasında əməkdaşlıq üçün böyük potensial görürəm. Azərbaycanın geri qaytarılan ərazilərin reinteqrasiyası ilə bağlı çoxlu işi var. Ukrayna artıq reinteqrasiya işində mühüm təcrübəyə malikdir və onu Azərbaycan tərəfi ilə bölüşə bilər. Bunlar müvəqqəti köçkünlərlə iş, minaların təmizlənməsi və sair”, - İ.Vereşçuk vurğulayıb.(AZƏRTAC)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top