Mingəçevirdəki partlayışda 2 nəfər xəsarət aldı

SOSİAL 17 yan 2022, 00:06

Mingəçevir şəhərində ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 38 m² olan 2 otaqlı mənzildə məişət qazının sızması nəticəsində (ilkin ehtimal) yanğınla nəticələnən partlayış hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə mənzilin mətbəxinin tavanı yanıb. Partlayışın zərbə dalğasının təsirindən mənzilin arakəsmə divarları və pəncərələri dağılıb. Partlayış zamanı evdə olan 2 nəfər müxtəlif xəsarətlər alıb. Xəsarət alan şəxslər TTTY briqadası tərəfindən xəstəxanaya aparılıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Evin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top