“Moskva Ukraynaya müdaxilə üçün kampaniya aparır”

DÜNYA 16 yan 2022, 20:26

London Moskvanı Ukraynaya qarşı təcavüzkarlığı dayandırmağa çağırıb.

Bu barədə Britaniyanın xarici işlər naziri Liz Trass Tvitterdə yazıb.

“Rusiya hakimiyyəti dezinformasiya kampaniyası aparır. İnformasiya təcavüzü Ukraynaya qarşı yönəlib”-deyə nazir yazıb.

Trassın sözlərinə görə, Moskva bununla Ukraynaya müdaxiləsinə haqq qazandırmağa çalışır. “Moskva vəziyyətin gərginləşdirilməsi və suveren qonşunun ərazisinə müdaxilə üçün dezinformasiya kampaniyası aparır”.

Diplomat Kremli Kiyevə qarşı təcavüzkar siyasəti dayandırmağa çağırıb. “Rusiya öz təcavüzkarlığını dayandırmalı, gərginliyin azaldılmasına və konstruktiv danışıqlara başlamalıdır”-deyə Trass vurğulayıb. /azpost.info

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top