Qazaxıstan parlamentindən Nazarbayevin ölümü ilə bağlı iddialara REAKSİYA

DÜNYA 16 yan 2022, 16:21
LDPR lideri Vladimir Jirinovski dünən “Komsomolskaya Pravda” radiosunda bildirib ki, onun fikrincə, Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev çoxdan dünyasını dəyişib. “Məncə, o, çoxdan vəfat edib. Çoxdan ölüb basdırılıb. Yəni sakitcə gizlən, heç nə demə və sağ ol? Bu istisnadır. Üstəlik, Dövlət Təhlükəsizlik Komitəsinin sədri dərhal həbs edilib”, - Jirinovski bildirib.

“Govorit Moskva” radiostansiyasının müxbiri bu münasibətlə Qazaxıstan Parlamentinin deputatı, “Ak Yol” partiyasının sədri Azat Peruaşevə müraciət edib.

Deputat respublikada vəziyyətin sabitləşəcəyinə əminliyini ifadə etməklə yanaşı, bu məlumatı nə təsdiq, nə də təkzib edib: “Mənim bu məsələ ilə bağlı məlumatım yoxdur. Sizi əmin etməyə cəsarət edirəm ki, bizim cəmiyyətimiz, xalqımız bu problemin öhdəsindən gələcək, bu gün düşdüyümüz vəziyyətin öhdəsindən gələcək. Bizim rusiyalı dostlarımız və dırnaq içərisində olan dostlarımız, görünür, onlar da var, narahat olmamalıdılar. Hər şey yaxşı olacaq"./Virtualaz.org

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top