Minik avtomobili avtobusla toqquşdu, ölən var

HADİSƏ 15 yan 2022, 23:46

Qəbələ rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə rayonun Seyidlər adlanan yaşayış məntəqəsində qeydə alınıb.

Belə ki, rayonun Cığatelli kənd sakini 2000-ci il təvəllüdlü Səfər Sərvan oğlu Şərifov idarə etdiyi "VAZ-21015" markalı avtomobillə hərəkətdə olarkən "Mercedes Vito" markalı mikroavtobusla toqquşub.

Ağır bədən xəsarətləri alan 21 yaşlı S.Şərifov Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. Xəsarətləri ağır olan gənc oğlan müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır./report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top