Tovuzda avtomobil ağaca çırpılıb — 2 yaralı

HADİSƏ 17 fev 2019, 09:58

Tovuz şəhərində 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.


Demokrat.az “Report”a istinadən xəbər verir ki, "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.


Nəticədə 1985-ci il təvəllüdlü sürücü Ruslan İbrahimov və 1976-cı il təvəllüdlü sərnişin Əvəz Sadıqov müxtəlif bədən xəsarətləri alıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. 


Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.


Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top