Bakının 100 kilometrliyinə güclü qar yağdı — FOTOLAR

HADİSƏ 16 fev 2019, 12:37

Paytaxt Bakının 107 kilometrliyində yerləşən Şamaxıya qar yağıb .


Demokrat.az xəbər verir ki, ötən axşam rayon ərazisinə yağan sulu qar səhər saatlarından etibarən qarla əvəzlənib .


Şəhərlə yanaşı rayonun dağlıq  kəndləri də ağ örpəyə bürünüb.


Ən çox qar Dəmirçi, Qızmeydan, Pirbəhli, Sis və Qaladərəsi kəndlərinə yağıb. Burada qarın hündürlüyü 15 sm-ə çatıb .


Havanın temperaturu 5 dərəcə aşağı düşüb. Hazırda qar yağmaqda davam edir . 
 

Texnikalar vasitəsilə avtomobil yollarının qardan təmizləmə işi aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top