Zəncirvari yol qəzası: Ölən və yaralananlar var

HADİSƏ 25 apr 2024, 21:56
Türkiyənin Trabzon vilayətində 4 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

Demokrat.az
xəbər verir ki, bu barədə “İHA” məlumat yayıb.

Məlumata görə, qəzada 1 nəfər ölüb, 6 nəfər yaralanıb. 

Qəza səbəbiylə yol 2 saat nəqliyyata bağlanıb. Əraziyə təcili tibbi yardım və polis qrupları cəlb olunub.

Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Qəza ilə bağlı araşdırmalar davam edir.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top