Pasterizə edilmiş süddə bu virus tapıldı

DÜNYA 25 apr 2024, 20:59
ABŞ-də bəzi pasterizə olunmuş süd nümunələrində quş qripinə səbəb olan H5N1 virusu aşkar edilib.

Demokrat.az
xəbər verir ki, bu barədə ABŞ Qida və Dərman Administrasiyası açıqlama yayıb.

Bildirilib ki, sözügedən virusunun fraqmentləri tapılsa da, ABŞ Ərzaq və Dərman İdarəsi kommersiya süd ehtiyatlarının təhlükəsiz olaraq qaldığını vurğulayıb. 

Belə ki, pasterizasiyanın quş qripi virusunu təsirsiz hala gətirəcəyi bildirilib. 

Qeyd edək ki, ABŞ Kənd Təsərrüfatı Departamenti qripin yayılmasının qarşısını almaq üçün dövlət sərhədlərini keçən inəklərin yoxlanılması ilə bağlı federal sərəncam verib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top