Elmira Süleymanova dəfn olundu — FOTO (YENİLƏNİB)

HADİSƏ 25 apr 2024, 15:34
Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanova dəfn olunub.

Demokrat.az 
xəbər verir ki, mərhumə II Fəxri xiyabanda torpağa tapşırılıb.

***
15:25

Azərbaycanın ilk İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova ilə vida mərasimi başa çatıb.

Demokrat.az 
xəbər verir ki, Təzəpir məscidində keçirilən mərasimdə mərhumənin yaxınları, ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

E.Süleymanovanın cənazəsi dəfn olunmaq üçün II Fəxri xiyabana aparılır.

***
15:11

Bu gün dünyasını dəyişən sabiq Ombudsman Elmira Süleymanova ilə vida mərasimi keçirilir.


Demokrat.az Trend-ə istinadən xəbər verir ki, Təzə Pir məscidində keçirilən vida mərasimində mərhumun yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Bildirilir ki, mərhum İkinci Fəxri xiyabanda dəfn olunacaq.




SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top