Avropada ağcaqanadlarla ötürülən epidemiya yayılıb

DÜNYA 25 apr 2024, 21:33
İqlim böhranı səbəbindən Avropada ağcaqanadla yoluxan xəstəliklər yayılmağa başlayıb. 

Demokrat.az
xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Bildirilib ki, qlobal istiləşmənin təsirləri səbəbindən malyariya və dang qızdırması kimi xəstəliklər son illərdə kəskin şəkildə artıb. 

Ağcaqanadlarla yoluxan xəstəlik epidemiyaları yaxın bir neçə onillikdə Şimali Avropa, Asiya, Şimali Amerika və Avstraliyanın hazırda təsirlənməmiş hissələrinə yayılmaqdadır. 

Denge qızdırması ilk növbədə tropik və subtropik bölgələrdə aşkar edilib. Bu qızdırmanın yayılmasında Asiya pələng ağcaqanadları başlıca rol oynayır.

Sözügedən xəstəlik, 2023-cü ilə qədər Avropanın 13 ölkəsində yayılıb.

Bu ölkələrə, İtaliya, Fransa, İspaniya və İsveçrə kimi dövlətlər daxildir.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top