Bakıda dönər evində gənc özünü doğradı

HADİSƏ 10 fev 2019, 16:08

Ötən gecə saat 03:00 radələrində paytaxtın Qara Qarayev metrosu yaxınlığında yerləşən dönər evlərinin birində 21 yaşlı gənc özünü doğrayıb.

 

Lənkəran sakini, 1997-ci il təvəllüdlü Əliyev Mirsəməd Loğman oğlu bir günlük Bakıya qonaq gəlib.

 

M.Əliyev dönərxanaların birində münaqişə yaşayıb. Nəticədə, sol qolunu doğrayıb.

 

Çoxlu qan itirən M. Əliyev Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

 

Yaralıya tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb. Vəziyyəti orta ağırdır.

 

Faktla bağlı araşdırma aparılır.(posta.az)

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top