Gəncədə vəfat edən polkovnik imiş

HADİSƏ 09 fev 2019, 16:44

Şəmkirin sabiq polis rəisi, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi rəisinin müavini, polis polkovniki Şükür Mehdiyev vəfat edib.


“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, Gəncə Beynəlxalq Xəstəxanasında dünyasını dəyişib.


Məlumat üçün bildirək ki, Şükür Mehdiyev 16 aprel 2015-ci ildə Şəmkir Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilib. Elə həmin il 4 may tarixində Baş Narkotiklərlə Mübarizə İdarəsi rəisinin müavini təyin olunub.


Qeyd edək ki, polkovnikin vəfat etməsi barədə xəbər yayılan kimi xəstəxanada təlaş yaranıb və xəbəri dəqiqləşdirməyən mənbələr sabiq vergilər naziri Fazil Məmmədovun vəfat etdiyini düşünüblər. Beləliklə, xəbər sürətlə yerli KİV-lərdə dərc edilib.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top