“Google” 50 milyon avro cərimələndi

DÜNYA 22 yan 2019, 13:07

Fransanın İnformasiya Texnologiyaları və İnsan Hüquqları üzrə Milli Komissiyası “Google” şirkətini 50 milyon avro cərimələyib. Buna  şirkətin şəxsi məlumatların qorunması ilə bağlı Avropa qanunlarını pozması səbəb olub. Şirkət istifadəçilərə şəxsi məlumatların emalı və istifadəsinə razılıq əldə etmək üçün kifayət qədər məlumat verməyib. 

 

Oxu.Az xəbər verir ki, bununla bağlı “Rossiya-24” telekanalı məlumat yayıb. 

 

Bu, komissiyanın ağır cəza tətbiq etdiyi ilk haldır. Komissiyadan bildirilib ki, cərimənin məbləğinin bu səviyyəyə çatması şirkətin ciddi qanun pozuntularını hələ də davam etdirməsi ilə əlaqədardır. 

 

Avropa Birliyinin Ümumi Məlumatların Müdafiəsi Reqlamenti ötən il mayın 25-də qüvvəyə minib. 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top