Bakının mərkəzində hündürmərtəbəli bina yanır – VİDEO

HADİSƏ 02 yan 2019, 20:40
Bu dəqiqələrdə paytaxt Bakının mərkəzində yerləşən hündürmərtəbəli binalardan birində yanğın baş verir.

Demokrat.Az xəbər verir ki, "A24.az"-ın hadisə yerində olan əməkdaşının sözlərinə görə, yanğın paytaxtın Füzuli küçəsində (“Qış parkı” yaxınlığında) yerləşən hündürmərtəbəli yaşayış binalarının birində başlayıb.

Yanğının binanın üzərinə çəkilmiş penoplas üzlüklərdə baş verdiyi bildirilir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yasamal Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub.

Hazırda yanğının digər mərtəbələrə keçməsinin qarşısının alınması və söndürülməsi üçün müvafiq işlər görülür.

Faktla bağlı araşdırma aparılır.

Demokrat.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top