Nazpəri Dostəliyeva intihara cəhd edib

MARAQLI 11 dek 2018, 12:58
Xalq artisti Nazpəri Dostəliyeva “ATV Şou” verilişinin qonağı olub.

Demokrat.Az xəbər verir ki, müğənni verilişdə həyatının çətin anlarından danışaraq, maraqlı etiraflar edib.
Dostəliyeva illər öncə özünü öldürmək istədiyini bildirib:

“Mənim dərdim varsa, niyə kimləsə paylaşmalıyam? Niyə öz iztirabımı insanlara yükləməliyəm? Mən heç vaxt acılarımı paylaşmaq istəməmişəm. Mən belə hesab edirəm. Günlərim olub ki, dənizin kənarında dayanıb özümü dənizə atmaq istəmişəm. Düşünmüşəm ki, mən bu qədər iradəsi zəif insanam? Bircə Allaha əlimi açıb demişəm ki, səbr ver”.(open.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top