Qulaqdakı bu xətt ürək-damar xəstəliklərinin göstəricisidir

MARAQLI 22 apr 2024, 22:55
Qulağın aşağı nahiyəsində yerləşən "Frank xətti" adlanan diaqonal xətt ürək-damar xəstəlikləri riskinin artdığını göstərə bilər.

Demokrat.az
“TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə türkiyəli Kardiologiya Mütəxəssisi Kevser Gülcihan Balcı açıqlama verib.

O bildirib ki, ürək tomoqrafiyası kimi üsulların yetərincə inkişaf etmədiyi dövrdə ürək xəstəliklərinin aşkarlanması üçün “Frank xətti” üsulundan istidadə olunub:

“Hazırki üsullar inkişaf etmədən əvvəl, bədənin müxtəlif nahiyələrinə baxış keçirilirdi. Bunlardan biri də məhz qulaqdır. Qulaqda sözügedən xətt görüldüyü zaman, müvafiq yoxlanış və müalicələrə başlanılırdı. 

Gündəlik həyatımızda, bu, çox diqqət çəkməyə bilər, lakin bu mövzuda keçmiş araşdırmalar var.  Bu tədqiqatlar “Frank xətti” olan insanların ürək-damar xəstəliyi ilə üzləşdiyini ortaya çıxarır.

Buna baxmayaraq, qulaqdakı xətt insanda ürək-damar xəstəliyinin olub-olmadığını 100% dəqiqliklə deyə bilməz. Bədənində belə halla rastlaşanlar dərhal qorxuya düşməməlidirlər. Lakin mütəxəssis həkimə müraciət etmələri tövsiyə olunur”.

Aysu
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top