Qalaktikada ikinci ən böyük “qara dəlik” aşkar edildi

MARAQLI 17 apr 2024, 14:34
Astronomlar tərəfindən Günəşdən təxminən 33 dəfə böyük olan, superkütləli qara dəlikdən başqa Süd Yolunda məlum olan ən böyük “qara dəlik” kəşf edilib.

Demokrat.az
xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, yeni müəyyən edilmiş qara dəlik Yerdən təxminən 2000 işıq ili uzaqlıqda (kosmik baxımdan nisbətən yaxın) Aquila bürcündə yerləşir.

Onun ətrafında bir ulduz  fırlanaraq hərəkət edir. 

Qara dəliklər qeyri-adi dərəcədə sıx cisimlərdir və cazibə qüvvəsi o qədər güclüdür ki, hətta işıq belə onlardan qaça bilmir.

Qeyd edək ki, Süd Yolu Günəş sisteminin də daxil olduğu qalaktikadır. 


Aysu
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top