İsgəndər Həmidov xəstəxanaya yerləşdirildi - FOTOLAR

HADİSƏ 04 dek 2018, 21:29

Azərbaycanın sabuq daxili işlər naziri İsgəndər Həmidov ürəyində yaranan problemlər səbəbi ilə xəstəxanaya yerləşdirilib.


Demokrat.Az xəbər verir ki, bu barədə Musavat.com -a sabiq baş nazir Pənah Hüseyn məlumat verib.

O deyib ki, İ. Həmidov "anju" olunacaq və həkimlər müalicənin istiqaməti haqda qərarı bundan sonra verəcəklər.


İsgəndər Həmidovun xəstəxanaya yerləşdirilməsi haqda jurnalist Əvəz Zeynallı da sosial şəbəkədə məlumat və fotolar paylaşıb.

Əvəz Zeynallı yazır:


"İsgəndər Həmidovun səhhətində problem yaranıb və onu Tibb Universitetinin Tədris Cərrahiyyə Korpusuna yerləşdiriblər. Ürəyində xırda problemlər var. Dostlar üzülməsin, rəqiblər sevinməsin, hər şey üzü işığa doğrudur...".


Xəbərdəki fotolar Əvəz Zeynallının çəkdiyi fotolardır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top