Əli Həsənovun həyat yoldaşı MTRŞ üzvlüyündən getdi — FOTO

HADİSƏ 16 noy 2018, 19:27

Milli Televiziya və Radio Şurasının (MTRŞ) üzvləri arasında dəyişiklik edilib. 


Demokrat.Az xəbər verir ki, qurumun ötən gün keçirilən iclasında Sona Məhəmməd qızı Vəliyevanın üzvlüyü ləğv edilib. 


Hazırda Milli Televiziya və Radio Şurasının 4 nəfər üzvü var. Bunlar Əlvan Ağayev, Mübariz Elyazov, Məmməd Cəfərov və Aslan Xəlilovdur. 


Sona Vəliyevanın Şura üzvü kimi adı Milli Televiziya və Radio Şurasının rəsmi internet səhifəsindən də çıxarılıb. Ancaq özünün vikipediya səhifəsində Sona Vəliyevanın vəzifəsi Milli Televiziya və Radio Şurasının sədr müavini kimi göstərilir. 


Xatırladaq ki, 2013-cü il noyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyev Sona Vəliyevanın Milli Televiziya və Radio Şurasının üzvü təyin edilməsi haqqında sərəncam imzalayıb. 

Sərəncamda qeyd olunurdu ki, Sona Məhəmməd qızı Vəliyeva 6 il müddətinə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü təyin edilsin.


Onu da bildirək ki, tanınmış yazıçı Sona Vəliyeva Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, şöbə müdiri Əli Həsənovun həyat yoldaşıdır. 

 


Zaur Hacılı
Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top