Amaliya Pənahova ilə vida mərasimi keçirilir - FOTO + YENİLƏNİB

HADİSƏ 09 noy 2018, 12:56

"Onunla səhnədə olmaq xoşbəxtlik idi".


Bunu Oxu.Az-a açıqlamasında Xalq artisti Amaliya Pənahova ilə vida mərasimində Xalq artisti Rəfael Dadaşov deyib.


Onun sözlərinə görə, Amaliya xanıma layiqli tərəf müqabili olmağa çalışıb:


“Cavanların müəyyən baqajı, səlahiyyəti yoxdur danışmağa. Biz müştərək işlər görmüşük, tərəf müqabili olmuşuq.


Onunla səhnədə olmaq xoşbəxtlikdir. Çalışırdım ki, onun layiqli tərəf müqabili olum. Çox gözəl tandem təşkil edirdik, bu gün də tamaşalarımız qızıl fonddadır.


Mədəniyyətimiz, xalqımız böyük bir dəyər itirdi. Danışmaq çətindir. Bundan sonra kimin haqqında ağızdolusu danışacağıq? Çox pərişanam, kədərliyəm. Nə deyə bilərəm ki? Allah rəhmət eləsin!”


“Ürəyim ağzımdan çıxır, heç cür qəbul edə bilmirəm. Yavaş-yavaş hamımız gedirik. Sonuncu mogikanların yerini isə yalnız ortabablar tutur”, - Xalq artisti Flora Kərimova duyğularını dilə gətirib.


11:31

 

Xəbər verdiyimiz kimi, Xalq artisti Amaliya Pənahova ilə vida mərasimi keçirilir.


Oxu.Az xəbər verir ki, Amaliya Pənahova ilə vida mərasiminə qatılan Xalq artisti Nurəddin Mehdixanlı sənətçi barədə fikirlərini belə ifadə edib:


“Amaliya Pənahova həmişə gənclərə dəstək olub. Sənət fədaisi idi. Tək özü üçün yaşamadı. Ondan sonra yerini heç kim tutmayacaq. “Sən həmişə mənimləsən” tamaşası ilə özünü sevdirdi. O, fiziki mənada bizdən uzaqlaşdı”.


Əməkdar artist Elxan Qasımov da mərhum sənətkar barədə fikirlərini bölüşüb:


“Amaliya Pənahovadan bir daha gəlməyəcək. Şübhəsiz ki, onun yeri cənnətdir”.


11:18


Xalq artisti Amaliya Pənahova ilə vida mərasimi başlayıb. 


Oxu.Az xəbər verir ki, mərasimə sənət nümayəndələri, Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev və başqaları qatılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top