Dünyanın ən hündür heykəlinin açılışı oldu — FOTOLAR

MARAQLI 31 okt 2018, 20:28

Hindistanın Qujarat əyalətində dünyanın ən hündür heykəlinin açılış mərasimi keçirilib.


Demokrat.Az xəbər verir ki, müstəqillik lideri Sərdar Vallabhbhai Patelin heykəli 182 metr hündürlükdədir. Bu heykəl Hindistana 430 milyon dollara başa gəlib.


Heykəlin açılışını baş nazir Narendra Modi edib. Modi “Hindistanın ərazi bütövlüyü və qərarlığının simvolu” adlandırdığı Birlik Heykəlinin əraziyə turist cəlb edəcəyini bildirib.


Açılış mərasimində hərbi hava qüvvələrinə məxsus təyyarələr havadan heykəlin üstünə güllər atıblar. Təhlükəsizlik tədbirləri üçün isə minlərlə polis əraziyə cəlb edilib. Ərazidə bəzi fermerlər və yerli sakinlər, tayfa başçıları və üzvləri heykələ etiraz ediblər. Fermerlər heykəlin inşa edildiyi ərazi üçün təzminat tələb edirlər.


Birlik Heykəli Nyu-Yorkdakı Azadlıq Abidəsindən iki dəfə hündürdür. Bu günə qədər isə dünyanın ən hündür heykəli Çindəki 128 metrlik Budda heykəli idi.


Birlik Heykəlinin inşası 5 il davam edib və 2500 nəfər üzərində çalışıb. Amma hindlilər Maharaştra əyalətində də 190 metrlik Kral Şivaji heykəli üzərində də işləyirlər.


Qeyd edək ki, Hindistanda “Dəmir adam” kimi tanınan Patel 1947-ci ildə müstəqillikdən sonra baş nazirin müavini olub. O, bir-birləri ilə savaşan əyalətləri barışdırıb Hindistan dövlətinin bir parçasına çevirib.(Olke.Az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top