"Edam cəzasını yenidən geri gətirməliyik" - Donald Tramp

DÜNYA 28 okt 2018, 12:47

ABŞ Prezidenti Donald Tramp Pensilvaniya ştatının Pittsburq şəhərindəki sinaqoqa hücum edən şəxsə edam cəzası verilməsini istəyib.

 

Demokrat.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ mətbuatı yazıb.

 

“Bu tip şəxslər xəstə düşüncə tərzinə malikdirlər. Yəhudilərin əleyhinə olan biri mənim dəstəkçim deyil. Bu insanlara qarşı edam cəzasını yenidən geri gətirməliyik”, – Tramp bidirib.

 

Qeyd edək ki, bu gün ABŞ-ın Pensilvaniya ştatının Pittsburq şəhərində insanların toplaşdığı sinaqoqlardan birinə naməlum şəxs silahlı hücum təşkil edib. Hadisə nəticəsində ən az 8 nəfərin öldüyü bildirilib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top