Azərbaycan İran gəmisinin heyət üzvlərini xilas etdi

HADİSƏ 19 okt 2018, 12:04

Azərbaqycanın sərhəd gözətçi gəmisi oktyabrın 19-da Xəzər dənizində İranın “Nazmehr” yük gəmisinə yan alaraq 7 nəfər ağır vəziyyətdə olan heyət üzvünü qəbul edib, ilkin tibbi yardım göstərməklə sahilə Abşeron limanı istiqamətində hərəkət edib. Xəstələrə təcili tibbi yardımın göstərilməsi üçün limana həkim briqadaları cəlb olunub. 


Demokrat.Az xəbər verir ki, bu barədə Azərbaycanın Dövlət Sərhəd Xidməti məlumat yayıb.


Məlumatda deyilir ki, Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İrana məxsus “Nazmehr” quru yük gəmisində heyət üzvlərinin ilkin fərziyyəyə görə, zəhərlənməsi ilə əlaqədar təxirəsalınmaz köməklik istənilməsi barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizısinə məlumat daxil olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top