Bakı-Sumqayıt yolunda ağır qəza törədən sürücü Səfərbərlik Xidməti polkovnikinin oğlu çıxdı - FOTOLAR

HADİSƏ 10 okt 2018, 16:23

Bu gün Bakı-Sumqayıt yolunda bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsini kimin törətdiyi məlum olub.


Demokrat.Az xəbər verir ki, qəzanı törədən 99-RA-025 dövlət nömrə nişanlı, “Hunday-Sonata markalı avtomobilin sürücüsü Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səfərbərlik hazırlığı və Səfərbərlik Baş İdarəsinin rəis müavini, polkovnik-leytenant Şaiq Məmmədovun oğludur. 


Məlumatda bildirilir ki, hadisə zamanı avtomobildə olan sərnişin, 24 yaşlı Məmmədov Elvin Mikayıl oğlu dünyasını dəyişib. Sürücü isə ağır yaralanıb. 


Ancaq sürücünün kimliyi, Ş.Məmmədovun oğlunun olması sürücüsü Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi, general Arzu Rəhimov tərəfindən gizlədilir. 


Ölənin adı mətbuata açıqlansa da, sürücünün kimliyi gizli saxlanır. Bunun səbəbi bilinmir.


Bildirək ki, Sumqayıtdan Bakı istiqamətində hərəkətdə olan 99-RA-025 dövlət nömrə nişanlı, "Hunday-Sonata" markalı avtomobil idarəetmdən çıxaraq yolun kənarındakı dəmir arakəsmələrə çırpılıb.


Qəzada dünyasını dəyişən gənc Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı Mikayıl Məmmədovun oğludur. 


Məlumata görə, Elvin Məmmədovun bu yaxında toyu olub. 


Qeyd edək ki, bundan əvvəl də A.Rəhimovun müavini olmuş general Novruzəli Orucovun oğlu avtobus şoferini döyməklə gündəmə gəlmişdi. General oğlu həbs olunub, atası işdən çıxarılıb. 

Hadisə ilə bağlı ən son məlumatları əldə etməyə çalışırıq.(Cahan.info)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top