Bakıda sevgilisindən rədd cavabı alan oğlan onun maşınını əzdi

HADİSƏ 10 okt 2018, 13:26

Səbail rayonu A. Abbaszadə küçəsi 61-in qarşısında xuliqanlıq cinayəti baş verib.


Demokrat.Az-ın məlumatına görə, Fidan Muradova adlı şəxs Sebail RPI-nə şikayət edərək bildirib ki, yaxın münasibətdə olduğu Rəşad adlı şəxs ona məxsus "Fiat" markalı avtomobilin şüşələrini sındırıb, qapısını əzib. 


Zərərçəkənin sözlərine görə, Rəşadla əvvəllər sevgili olsalar da sonralar ondan ayrılıb. Ancaq Rəşad bu ayrılığa dözə bilməyərək daim onu təqib edib. 


Faktla əlaqədar polis idarəsinin Təhqiqat şöbəsində araşdırmalara başlanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top