"Bizi sevməyən qüvvələr həmkarlarımın çıxışlarına don geydirmək istəyirlər" - Deputatdan AÇIQLAMA

SİYASƏT 05 okt 2018, 15:50

"Azərbaycan qüdrətli ölkədir, uğurları göz önündədir. Bütün ölkələrlə, xüsusilə sərhəddə yerləşən  qonşu dövlətlərlə gözəl münasibətlər saxlayır. Hətta cənab Prezident İlham Əliyev bəyan edib ki, Ermənistan işğalçılıq siyasətindən əl çəksə, onlarla da münasibətlər yaratmağa hazırıq".


Demokrat.Az xəbər verir ki, bu fikirləri parlamentdə çıxışı zamanı deputat Kamran Nəbizadə deyib.


Deputat  Konstantin Zatulinin son bəyanatı haqqında danışarkən bildirib ki, bu bəyanatı Rusiyanın mövqeyi olmasa da, ziddiyyətlə doludur:


“Bu ermənipərəst bir insanın bəyanatıdır. Təklif edirəm ki, belə bəyanatlara qarşı diqqətli və ehtiyatlı olaq. Çünki deputatların çıxışlarını bəzən bizi sevməyən qüvvələr rəsmi don geydirmək istəyirlər. Bizim Rusiya ilə münasdibətlərimiz yaxşılaşdıqca, Ermənistan-Rusiya münasibətləri pisləşir. Mən həmkarlarımın fikirlərinə hörmətlə yanaşıram. Bununla belə hesab edirəm ki, belə şəxslərin bəyanatlarına cavab verərkən ehtiyatlı olmalıyıq”.


Demokrat.Az

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top