Papa pedofiliyada təqsirləndirilən rahibi rütbəsindən məhrum etdi

DÜNYA 16 sen 2018, 19:40

Roma Papası Fransisk katolik məktəblərdə zorlama işlərində adı keçən rahib Kristian Prext Banyadosu kilsə rütbəsindən məhrum edib. 

 

Oxu.Az xəbər verir ki, bu barədə Santyaqo arxiyepiskopluğunun mətbuat xidməti məlumat yayıb.

 

Qeyd olunur ki, rahib rütbəsindən birdəfəlik məhrum edilib və bu rütbədən irəli gələn bütün vəzifələrdən azad olunub.

 

Banyadosun müqəssir kimi cəlb edildiyi zorlama ilə bağlı işlərdə zərərçəkənlərin böyük əksəriyyəti yetkinlik yaşına çatmayan yeniyetmələrdir.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top