Sabiq icra başçısının ölkədən çıxışına qadağa qoyuldu - ARAŞDIRMALAR BAŞLADI

KRİMİNAL 14 sen 2018, 10:56

Bir müddət əvvəl Gədəbəy rayon İcra Hakimiyyəti başçısı vəzifəsindən azad edilən Ramiz Yediyarov barəsində Baş prokuror yanında korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən araşdırmalara başlanılıb.


Publika.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, R.Yediyarovun rayon maliyyə idarəsinin rəisi Namiq Məmmədovla birgə külli miqdarda dövlət vəsaitini təyinatı üzrə xərcləməyərək büdcəyə ziyan vurduğu bildirilir. Artıq onun ölkədən çıxışına qadağa qoyulması ilə bağlı məhkəmə qərarı çıxarılıb.


Qeyd edək ki, Ramiz Yediyarov bu il iyunun 1-də dövlət başçısının imzaladığı sərəncamla vəzifədən azad edilib.


“AzPolitika.info” xatırladır ki, avqustun 28-də imzalanan digər sərəncamla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi İbrahim Mustafayev bu vəzifəyə təyin edilib.


Qeyd edək ki, Ramiz Yediyarov sabiq vergilər naziri Fazil Məmmədov kadrı hesab olunur. Onun təqdimatı ilə  2012-ci il aprelin 18-dən Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı  təyin edilmişdi.

Ondan əvvəl isə Ramiz Yediyarov vergi orqanlarında çalışıb. Belə ki,  1997-ci ildən dövlət vergi orqanlarında  müxtəlif ərazi idarələrinə rəhbərlik edib. Sonradan icra başçısı təyin olunanadək Bakı Şəhər Vergilər Departamentinin rəis müavini olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top