Bakıda dostu ilə görüşdükdən sonra yoxa çıxdı

HADİSƏ 30 may 2020, 12:34

Ötən gün Bakıda daxili işlər orqanlarının əməkdaşları iki nəfərin itkin düşməsi faktını qeydə alıblar.


Demokrat.az xəbər verir ki, bu barədə saytımıza hüquq-mühafizə orqanlarından məlumat verilib.


Artıq beş gündür, qohumları 1991-ci il təvəllüdlü, Abşeron rayon sakini Araz Dostuyevi axtarır. Gənc mayın 25-də Hövsan qəsəbəsinin Məktəbli küçəsində yaşayan bir dostunu ziyarət etdikdən sonra itkin düşüb.


Suraxanı Rayon Polis İdarəsi bu barədə məlumatın mayın 29-da alındığını və hazırda cinayət-axtarış əməliyyatçılarının A.Dostuyevin dostu ilə bağlı məlumatları yoxladıqlarını bildiriblər.


Mayın 27-də saat 08:30 radələrində paytaxtın Nərimanov rayonunda Abşeron rayonunun 1994-cü il təvəllüdlü, Məhəmmədli qəsəbə sakini Züleyxa Heydərova itkin düşüb. Qızın harada olması ilə bağlı məlumat yoxdur.


Hər iki faktla bağlı araşdırma davam edir.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top