Hacıqabulda şok olay: İki dost qadına və qızına dəhşət yaşatdı — TƏFƏRRÜAT

KRİMİNAL 28 apr 2020, 10:20

Hacıqabul rayonunda qadının evinə basqın etməkdə təqsirli bilinən 1996-cı il təvəllüdlü Yusif Abbasov və 1999-cu il təvəllüdlü Şamxal Şirinovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Yusif Abbasov tanışı Şamxal Şirinov ilə Hacıqabul şəhər 6 saylı tam orta məktəbin yaxınlığında söhbət edib, Hacıqabul şəhər sakini Qızqayıd Vəliyevanın əmlakını quldurluq yolu ilə ələ keçirmə məqsədi ilə onun evinə basqın etmək barədə razılığa gəliblər.


Onlar bıçaqla silahlanaraq Qızqayıd Vəliyevanın yaşadığı Hacıqabul şəhəri, M.S.Ordubadi küçəsindəki evin yaxınlığına gəliblər.


Yusif Abbasov və Şamxal Şirinov özləri ilə gətirdikləri idman papaqlarından düzəldilmiş maskaları başlarına keçirib və daha sonra qadının həyətinə daxil olublar.


Yusif Abbasov evin elektrik sayğacından evin elektrik təminatını kəsib və sonra evin qapısının yanına qayıdaraq orada gözləyən Şamxal Şirinov evin qapısını açıb.


Bu zaman o, həyətə çıxan Qqızqayıd Vəliyevanın qızı Rəhimə Vəliyevanın ağzını sol əliylə tutub, sonuncunun həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edərək boğaz nahiyəsinə sağ əlində bıçağı boğazına dayayıb. O, həmin hərəkətləri ilə Rəhimə Vəliyevaya müxtəlif dərəcəli bədən xəsarəti yetirib.


Daha sonra Yusif Abbasov evin ikinci mərtəbəsində olan Qızqayıd Vəliyevanın boğaz nahiyəsinə silah qismində istifadə etdiyi bıçağı dayayaraq, sonuncuya xəsarət yetirib.


Həmin vaxtı evdə olan Rəhimə Vəliyevanın qızı, 2006-cı il təvəllüdlü Ləman Dövlətova Yusif Abbasovun üzündə olan, maska kimi istifadə etdiyi idman papağını çıxardıb.


Bu səbəbdən o, Ləman Dövlətovanın başını divara vurub, ona da xəsarət yetirib. Sonra ev sahibləri tərəfindən tanınacağından qorxub və evdən çıxaraq Şamxal Şirinovla birgə qaçıblar.


İstintaq orqanı tərəfindən Yusif Abbasov və Şamxal Şirinovun barəsində Cinayət Məcəlləsinin 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törətmək), 181.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə quldurluq törətmək) və 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.


Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yusif Abbasov 8 il 6 ay, Şamxal Şirinov isə 8 il müddətinə azadlıqdan məhrum edilib.


Hökmdən narazı qalan hər iki təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. Onlar barələrində olan cəzaların yüngülləşdirilməsini xahiş ediblər.


Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə hər iki təqsirləndirilən şəxsin şikayəti təmin olunmayıb.


Bu qərardan narazı qalan Şamxal Həsənov kasasiya şikayəti verib. onun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.


Hakim Hafiz Nəsibovun sədrliyi ilə baş tutan iclasda kasasiya şikayətinin araşdırması başlanıb.


Amma həbsxanada cəza çəkən Şamxal Şirinov hakimə ərizə göndərib. O, kasasiya şikayətini geri götürdüyünü ərizəsinə də qeyd edib.


Hakim heyəti bu səbəbdən Şamxal Şirinovun şikayətini araşdırmayıb. Onun şikayəti baxışdan çıxarılıb və geri qaytarılıb.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top