Azərbaycan xalqı təhqir edildi — İqbal Ağazadədən ETİRAZ

HADİSƏ 09 apr 2020, 21:46

Xaricdə yaşayan, özünü bloqer adlandıran Qabil Məmmədov Azərbaycan xalqını təhqir edib.

 

Demokrat.az-ın xəbərinə görə, Ümid Partiyasının sədri İ.Ağazadə Q.Məmmədovun addımına sərt etirazını bildirib.
 

“Qabil məmmədov adlı bir məxluq bütün qarabağlıları, həm də hamımızı - azərbaycanlıları təhqir edən videomüraciət yayıb. Tələb edirəm, çıxsın Azərbaycan xalqından, qarabağlılardan üzr istəsin. Bunun nəticəsi çox ağır olacaq. Biz ayrı-ayrı insanların belə təhqir olunmasına qarşı olduğumuz halda, birisi qalxıb külli qarabağlıları təhqir edib, bizi namussuz, qeyrətsiz adlandırırsa, mühəqqəq cavabı olacaq. Hər kəs, xüsusən içində Qarabağ, Azərbaycan sevgisi olanlar ayrıca status yazıb (“Facebook”da) mövqeyini bildirsin. Ünvanını, ölkəsini, şəhərini bilənlər də yazsın. Bu məxluqun doğmaları öz münasibətlərini bildirsinlər” – İ.Ağazadə qeyd edib.

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top