Bakıda sürücü sükan arxasında infarkt keçirərək ölüb — FOTO

HADİSƏ 20 mar 2020, 15:05

Xətai rayonunda sürücü sükan arxasında qəfildən ölüb.


Demokrat.az apa-ya istinadən xəbər verir ki, hadisə Nobel prospektində qeydə alınıb.


1973-cü il təvəllüdlü Tariyel Əliyev "Mercedes" markalı avtomaşınla hərəkətdə olan zaman qəfildən sükan arxasında infarkt keçirib. 


Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunsa da, onun artıq dünyasını dəyişdiyi məlum olub. Həkimlərin ilkin müayinəsi zamanı T.Əliyevin ürəktutmasından keçindiyi dəqiqləşdirilib.


Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top